Şıxlinski, Səfərovlar və digər azərbaycanlıların həbs müddəti uzadıldı

Şıxlinski, Səfərovlar və digər azərbaycanlıların həbs müddəti uzadıldı

Rusiyanın Yekaterinburq şəhərinin Kirov rayon məhkəməsi Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, Səfərovlar və digər azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin müddətinin 2026-cı il mayın 31-dək uzadılması barədə qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, qərara əsasən, təqsirləndirilən şəxslər göstərilən tarixədək həbsdə saxlanılacaqlar.

Məlumata görə, Şahin Şıxlinski və digər azərbaycanlılar barəsində açılmış cinayət işi üzrə münsiflər heyətinin seçilməsi ilə bağlı məhkəmə iclası 2026-cı il yanvarın 15-də keçiriləcək.