Səudiyyə Ərəbistanı ABŞ ilə birlikdə İrana qarşı hərbi əməliyyatlara qoşulmağa hazır olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, rəsmi Ər-Riyad regionda artan gərginlik fonunda Vaşinqtonla koordinasiyalı şəkildə hərəkət etməyə hazır olduğunu bildirib.
Bəyanatda Səudiyyə Ərəbistanının regional təhlükəsizlik və sabitliyin qorunmasını prioritet hesab etdiyi vurğulanıb. Rəsmi mövqedə qeyd olunub ki, ölkə müttəfiqləri ilə birlikdə mümkün təhdidlərə qarşı birgə addımlar atmağa hazırdır.
Yaxın Şərqdə davam edən hərbi qarşıdurma fonunda Səudiyyə Ərəbistanının bu açıqlaması münaqişənin daha geniş miqyas alması ehtimalını artırır və regionda geosiyasi balansın dəyişə biləcəyinə işarə edir.

Sara
NOCOMMENT.az











