SON DƏQİQƏ! İrandan hər kəsin gözlədiyi açıqlama

SON DƏQİQƏ! İrandan hər kəsin gözlədiyi açıqlama

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında gəmilərin təhlükəsiz və sabit keçidinin təmin ediləcəyini bəyan edib. Qurumun yaydığı məlumata görə, bu addım "təcavüzkarların təhdidlərinin zərərsizləşdirilməsindən" və yeni dəniz protokollarının tətbiqindən sonra mümkün olub.

NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın "X" platformasındakı rəsmi hesabında paylaşılan bəyanatda bildirilir: "Təcavüzkarların yaratdığı təhdidlərin neytrallaşdırılması və yeni protokolların qüvvəyə minməsi sayəsində Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid bərpa olunacaq".

Bundan əlavə, Korpus rəhbərliyi Fars və Oman körfəzlərində fəaliyyət göstərən gəmi sahiblərinə və kapitanlara müraciət edərək, İranın müəyyən etdiyi keçid qaydalarına əməl etdikləri üçün onlara təşəkkürünü bildirib. Qeyd edək ki, bu açıqlama ABŞ-ın regiondakı hərbi aktivliyini artırdığı və Hörmüz boğazında bir neçə İran katerini məhv etdiyi bir vaxtda verilib.

Bizim Telegram səhifəsinə abunə olun