Müharibə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - ABŞ yaxın 48 saat ərzində...

Müharibə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - ABŞ yaxın 48 saat ərzində...

ABŞ mediası Vaşinqton və Tehran arasında müharibəyə son qoymaq və nüvə danışıqları ilə bağlı yeni çərçivə müəyyənləşdirmək məqsədilə hazırlanan 14 maddəlik Anlaşma Memorandumu üzrə tərəflərin razılığa çox yaxın olduğunu yazıb.

NOCOMMENT.az xəbər verir ki, “Axios” nəşrinin yaydığı məlumata görə, Ağ Ev və İran rəsmiləri bir səhifəlik memorandum layihəsi üzərində intensiv danışıqlar aparır.

Mənbələr bildirir ki, bu, münaqişənin başlanmasından bəri tərəflərin razılığa gəldiyi ən yaxın mərhələ hesab olunur.

Məlumata əsasən, ABŞ yaxın 48 saat ərzində Tehrandan əsas məsələlərlə bağlı yekun cavab gözləyir. Razılıq əldə olunacağı halda, 30 günlük keçid dövrü başlayacaq və danışıqların İslamabad və ya Cenevrədə davam etdirilməsi nəzərdə tutulur.

Layihə mətnində İranın uran zənginləşdirmə fəaliyyətlərini dayandırması, ABŞ-ın isə Tehrana qarşı tətbiq olunan bəzi sanksiyaları ləğv etməsi və milyardlarla dollarlıq dondurulmuş vəsaitləri azad etməsi yer alır. Bundan əlavə, Hörmüz boğazında tətbiq olunan qarşılıqlı məhdudiyyətlərin də aradan qaldırılması planlaşdırılır.

Sənədə əsasən, İran nüvə silahı istehsal etməyəcəyinə və yeraltı nüvə obyektlərini işlətməyəcəyinə dair təminat verəcək. ABŞ isə nüvə fəaliyyətinə moratoriumun ən azı 12 il davam etməsini tələb edir. Bu müddətin 15 ilə qədər uzadıla biləcəyi də qeyd olunur.

Mənbələr bildirirlər ki, tərəflər arasında razılıq əldə olunmasa, ABŞ hərbi əməliyyatları və bölgədəki blokada tədbirlərini yenidən aktivləşdirə bilər.

Hazırda memorandum layihəsinin imzalanma mərhələsinə yaxın olduğu iddia edilir.\\musavat.com

Bizim Telegram səhifəsinə abunə olun