Gəncədə uşaq bağçasında qalmaqallı hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, iddialara görə, tərbiyəçi azyaşlılara qarşı kobud davranaraq onları təhqir edib.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, o, uşaqlara “tormoz” və “axmaq monqol” kimi ifadələr işlədib.
Hadisənin hansı bağçada baş verdiyi məlum deyil.










