Fransa Hərbi Hava Qüvvələri komandanının müavini general Dominik Tardif ölkənin hərbi aviasiyasının 2028-2029-cu illər aralığında NATO-ya qarşı törədilə biləcək potensial hücuma hazırlandığını bəyan edib.
General “Politico” nəşrinə verdiyi müsahibədə bildirib ki, Fransanın ortamüddətli hərbi hədəfləri məhz bu ehtimal üzərində qurulub.
NOCOMMENT.az xəbər verir ki, general söhbətin onilliyin sonunda Şimali Atlantika Alyansı ilə Rusiya arasında yarana biləcək mümkün münaqişədən getdiyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın 2028-2029-cu illər ərzində NATO-nun gücünü sınağa çəkməsi istisna edilmir.
Tardif qeyd edib ki, Baltikyanı ölkələrdə qırıcı aviasiyanın olmaması, Rumıniyada isə bu imkanların məhdudluğu fonunda şərq cinahında hər hansı problem yaranarsa, Fransa da daxil olmaqla Qərbi Avropa ölkələrinin pilotları elə ilk gündən ön cəbhədə yer alacaqlar.
Sara,
NOCOMMENT.az












