Rusiya səmasında kütləvi dron hücumu: 339 PUA məhv edildi

Rusiya səmasında kütləvi dron hücumu: 339 PUA məhv edildi

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri son 13 saat ərzində ölkənin 13 regionu və Qara dəniz üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 339 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Max” messencerindəki rəsmi kanalında məlumat yayıb.

Bildirilib ki, dron hücumları saat 07:00-dan 20:00-dək olan müddətdə qeydə alınıb. PUA-lar Krım, Kaluqa, Belqorod, Leninqrad, Novqorod, Bryansk, Oryol, Pskov, Kursk, Rostov, Ryazan və Smolensk vilayətləri, həmçinin Moskva regionu və Qara dənizin akvatoriyası üzərində zərərsizləşdirilib.

Məhəmməd

NOCOMMENT.az