Təcili! Lukaşenko 31 ukraynalını əfv etdi

Təcili! Lukaşenko 31 ukraynalını əfv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.

O qeyd edib ki, qərar ABŞ və Belarus prezidentləri Donald Tramp və Aleksandr Lukaşenko arasında əldə olunmuş razılaşmalar çərçivəsində, Ukrayna tərəfinin xahişi əsasında verilib.

Eysmont əlavə edib ki, əfv qonşu ölkədəki silahlı münaqişənin nizamlanması üçün şəraitin yaradılması istiqamətində bir addımdır.

Mətbuat katibi bildirib ki, hazırda azad edilmiş vətəndaşların Ukrayna tərəfinə təhvil verilməsi prosesi davam edir.

Lukaşenko bundan əvvəl bildirib ki, Belarus Avropa İttifaqı və ABŞ ilə qlobal razılaşmalar çərçivəsində danışıqlar aparmağa hazırdır.