Futbol matçı zamanı paraşütçü stadiona endi - Maraqlı görüntülər

Futbol matçı zamanı paraşütçü stadiona endi - Maraqlı görüntülər

Niderlandın Deventer şəhərində keçirilən futbol matçı zamanı maraqlı hadisə baş verib – paraşütçünün stadionun mərkəzində möhtəşəm şəkildə eniş etmək planı alınmayıb.

NOCOMMENT.az xəbər verir ki, “Go Ahead Eagles” və “Willem II” komandalarının qarşılaşmasından əvvəl kişi paraşütlə birbaşa mərkəzi dairəyə enməli idi. Lakin külək və ya trayektoriyanın hesablanmasındakı xəta ucbatından idmançının istiqaməti dəyişib və o, birbaşa reklam konstruksiyasına çırpılıb.

Xoşbəxtlikdən, ciddi xəsarət almayan paraşütçü azarkeşlərin təəccüblü baxışları altında öz ayaqları üzərində qalxa bilib.