10 milyonluq əməliyyatdan sonra YENİ GÖRÜNÜŞÜ gündəm oldu - FOTOLAR

10 milyonluq əməliyyatdan sonra YENİ GÖRÜNÜŞÜ gündəm oldu - FOTOLAR

Türkiyəli müğənni Ebru Gündeş son paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, müğənninin təbii və enerjili görünüşü izləyicilərinin marağına səbəb olub.

Gündeş sosial media hesabında yeni fotosunu paylaşaraq, “Hiss edirəm ki, çox yaxşı şeylər olacaq” sözlərini yazıb.

Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər alıb.

Məşhur müğənninin üzündəki dəyişiklik də izləyicilərin diqqətindən yayınmayıb. Gündeş ötən qış qismən üz gərmə əməliyyatı keçirib.

Prosedur üçün 10 milyon türk lirəsi ödədiyi iddia olunan sənətçi daha sonra bu məlumatı təsdiqləyib.

Sara
NOCOMMENT.az