TƏCİLİ! Rumıniya F-16 döyüş təyyarələrini havaya qaldırdı

TƏCİLİ! Rumıniya F-16 döyüş təyyarələrini havaya qaldırdı

Rumıniya bu gecə, 22 noyabr tarixində, Odessa bölgəsinə Rusiya tərəfindən edilən dron hücumları fonunda iki F-16 döyüş təyyarəsini havaya qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilir ki, 21-22 noyabr gecəsi 86-cı aviabazadan F-16 Fighting Falcon təyyarələri Ukrayna sərhədi yaxınlığında hava vəziyyətini izləmək üçün havaya qaldırılıb.

Qeyd olunub ki, saat 01:33-də Tulça dairəsinin şimalı üçün Ro-Alert mesajı göndərilib, İzmayıl rayonunda dronların müşahidəsi və hücumların artması səbəbindən xəbərdarlıq olunub.

Dronların Rumıniya hava məkanına daxil olması qeydə alınmayıb və F-16 Fighting Falcon təyyarələri saat 03:42-də 86-cı aviabazaya geri dönüb.

Müdafiə nazirliyindən əlavə edilib: “Biz daim müttəfiqlərimizlə əlaqə saxlayır, real vaxt rejimində əməliyyat məlumatlarını paylaşır və Rumıniyanın və NATO-nun şərq qanadının təhlükəsizliyini təmin etmək üçün qətiyyətlə hərəkət edirik”.

Qeyd edək ki, bundan əvvəl, 19 noyabr gecəsi Rusiyanın Ukraynaya kombinə edilmiş hücumları zamanı bir dron 8 km məsafəyə Rumıniya hava məkanına daxil olmuş və F-16 ilə Eurofighter təyyarələrinin havaya qaldırılmasına səbəb olmuşdu.