Böyük Britaniyada azərbaycanlıya məxsus şirkəti əğv edilir

Böyük Britaniyada azərbaycanlıya məxsus şirkəti əğv edilir

Böyük Britaniyada “Azerbaijan Rugs Ltd” şirkəti məcburi qaydada ləğv edilir.

NOCOMMENT.az xəbər verir ki, “Azerbaijan Rugs Ltd” 10 fevral 2025-ci ildə İngiltərə və Uelsdə qeydiyyata alınıb. Şirkətin direktoru və sahibi 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Amid Xanəliyevdir. Rəsmi sənədlərdə onun daimi yaşayış ölkəsi Azərbaycan göstərilib.

Təsis sənədlərinə əsasən, şirkət 1 funt sterlinq kapitalla yaradılıb. Şirkətin bütün ilkin səhmləri Amid Xanəliyevə məxsus olub. O, eyni zamanda şirkət üzərində əsas nəzarətə malik şəxs kimi rəsmiləşdirilib.

Şirkətin qeydiyyata alınmasından təxminən 15 ay sonra, 26 may 2026-cı ildə onun məcburi qaydada reyestrdən çıxarılması proseduruna başlanılıb. Reyestrdə şirkətin ləğv tarixi 11 avqust 2026-cı il göstərilir. Açıq məlumatlarda şirkətin məcburi ləğvinin konkret səbəbi açıqlanmır.

Qeyd edək ki, “Azerbaijan Rugs Ltd” Londonda 10-16 Tiller Road, 14/2E Docklands Business Center ünvanında qeydiyyatda olub. Açıq reyestr məlumatlarına görə, eyni ünvandan çoxsaylı digər şirkətlər də hüquqi ünvan kimi istifadə edib. Onların arasında Azərbaycanla əlaqəli “Azerbaijan Travel Ltd”, “ECOM Brothers AZE Ltd”, “Smacoer Ltd”, “Khams Services Ltd”, “Print Park Global Ltd”, “Nikoflex Ltd” və “Kurultay Ltd” kimi şirkətlər də var. (Plat.az)