TƏCİLİ! Türkiyə İrana XƏBƏRDARLIQ ETDİ!

TƏCİLİ! Türkiyə İrana XƏBƏRDARLIQ ETDİ!

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə hava məkanında zərərsizləşdirilən raketlə bağlı İrana xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, Fidan bu məsələ ilə bağlı İranın xarici işlər naziri Abbas Əraqçi ilə əlaqə saxlayaraq hadisəyə dair Ankaranın narahatlığını çatdırıb.

Bildirilib ki, Türkiyə hava məkanına yönələn hər hansı təhlükə ciddi şəkildə qiymətləndirilir.

Türkiyə tərəfi vurğulayıb ki, ölkənin təhlükəsizliyinə yönələn istənilən riskə qarşı lazımi tədbirlər görüləcək. Nazir Ankara tərəfindən bu cür halların təkrarlanmaması üçün Tehrana xəbərdarlıq edildiyini də qeyd edib.

Sara
NOCOMMENT.az