Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

Tele-aparıcı Elgiz Əkbərin təqdim etdiyi "Elgizlə izlə" verilişinin yerini yeni layihə əvəzləyib.

NOCOMMENT.az xəbər verir ki, ARB TV kanalında həmin saatda artıq "Təhsil arenası" adlı proqram efirə gedir. Layihənin aparıcısı isə İlkin Abbasdır.

Məlumat üçün bildirək ki, İlkin Abbas daha əvvəl Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının təqdim etdiyi "Səni axtarıram" verilişində çalışıb. O, sonradan isə Real TV-də fəaliyyətini davam etdirib.\\milli.az

Bizim Telegram səhifəsinə abunə olun