​Tısbağalara görə çimərliyə girişi qadağan etdilər

​Tısbağalara görə çimərliyə girişi qadağan etdilər

Türkiyənin Aralıq dənizi sahillərində yerləşən və hər il minlərlə turistin üz tutduğu məşhur çimərliklərə gecə saatlarında giriş qadağan olunub.

NOCOMMENT.az xəbər verir ki, qərar dəniz tısbağalarının yuvalama dövründə onların qorunması məqsədilə qəbul edilib. Qadağa çərçivəsində İztuzu, Patara, Çıralı və digər həssas sahillərə axşam saat 20:00-dan səhər 08:00-dək girişə icazə verilməyəcək.


Səlahiyyətli qurumlar bildiriblər ki, bu dövrdə çimərliklərdə insanların hərəkəti, işıqlandırma və səs-küy tısbağaların yumurta qoymasına və balaların dənizə çatmasına mənfi təsir göstərə bilər. Buna görə də sahillərdə nəzarət tədbirləri gücləndirilib.

Qaydaları pozan şəxsləri isə ciddi cərimələr gözləyir.

Mütəxəssislər qeyd edirlər ki, Aralıq dənizi sahilləri dəniz tısbağalarının ən vacib yuvalama ərazilərindən biridir və onların qorunması üçün bu cür məhdudiyyətlər beynəlxalq təbiət mühafizəsi tədbirlərinin bir hissəsi hesab olunur./Metbuat.az/