Həm şəxsi həyatı, həm də uğurlu layihələri ilə maqazin gündəmindən düşməyən aktrisa Nəsrin Cavadzadə bu dəfə sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidi şərhlərə kəskin reaksiya verib.
NOCOMMENT.az xəbər verir ki, Türkiyədə yaşayan sənətçi sosial media istifadəçilərinin sıx-sıx dilə gətirdiyi “Botoks sayəsində gözünüz, qaşınız görünmür, bir az azaldın” iddialarını cavabsız qoymayıb.
Nəsrin rəsmi hesabından xüsusi bir video yayımlayaraq izləyicilərinə cavab verib. Videoda alnını qırışdıraraq və qaşlarını sərbəst şəkildə hərəkət etdirərək üzündə heç bir tibbi müdaxilə olmadığını sübut etməyə çalışan aktrisa tənqidçilərinə ironik tonda meydan oxuyub. O, izləyicilərinə səslənərək, "Dostlar, şərhlərinizi oxuyuram. Botokslarıma ilişmisiniz. Siz heç həyatınızda belə rahat hərəkət edən bir botoks gördünüzmü? Siz yəqin ki, müntəzəm yemək yeməyi, sağlam yuxunu və xoşbəxtliyi botoks zənn edirsiniz”, - deyib.
Yüzündəki bəzi dəyişikliklərin səbəbini də açıqlayan Nəsrin Cavadzadə, qaşlarının fərqli görünüşünün botoksdan deyil, kosmetik laminasiya prosedurundan qaynaqlandığını qeyd edib./Metbuat.az/











