Tramp "dünyanın ən fəal terrorçusu"nun məhv edildiyini açıqlayıb

Tramp "dünyanın ən fəal terrorçusu"nun məhv edildiyini açıqlayıb

"Bu gün axşam mənim göstərişimlə rəşadətli Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən fəal terrorçusu - Əbu Bilal əl-Minukinin döyüş meydanından kənarlaşdırılması üzrə diqqətlə hazırlanmış və son dərəcə mürəkkəb əməliyyatı qüsursuz şəkildə həyata keçirdilər"


NOCOMMENT.az xəbər verir ki, ABŞ Prezidentinin sözlərinə görə, onun məhv edilməsindən sonra İŞİD-in fəaliyyəti əhəmiyyətli dərəcədə sarsıdılıb:

"O, artıq Afrika xalqları arasında dəhşət saçmayacaq və Amerika vətəndaşlarına qarşı yönəlmiş əməliyyatların hazırlanmasında iştirak edə bilməyəcək. Bu əməliyyatın keçirilməsində göstərdiyi köməyə görə Nigeriya hökumətinə minnətdarlığımızı bildiririk"