Trampdan Suriya Prezidentinə məktub: “Əhməd, sən böyük lider olacaqsan”

Trampdan Suriya Prezidentinə məktub: “Əhməd, sən böyük lider olacaqsan”

ABŞ Prezidenti Donald Tramp Suriyanın yeni prezidenti Əhməd Əl-Şaraaya yazdığı məktubunda ona dəstəyini ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, məktub Dəməşqə ABŞ-nin Suriyadakı səfiri Tom Barrak tərəfindən çatdırılıb.

Səfirin səfəri zamanı kürd qüvvələri və digər azlıqlarla münasibətlər, eləcə də İsrailin Suriya suverenliyini pozması məsələləri müzakirə olunub.

Tramp məktubda yazıb: “Əhməd, sən böyük lider olacaqsan, ABŞ sənə kömək edəcək!”

O, həmçinin İsraili Suriya ilə konstruktiv dialoqa çağırıb və ölkənin firavan bir dövlətə çevrilməsinin vacibliyini vurğulayıb.