Trampın Ukrayna təzyiqi: ABŞ generalları Moskvaya gedir

Trampın Ukrayna təzyiqi: ABŞ generalları Moskvaya gedir

Tramp administrasiyası Kiyevdən ABŞ-nin sülh planını təcili şəkildə qəbul etməyi tələb edir.

Plan Rusiyaya müəyyən ərazilərin verilməsini, Ukrayna ordusunun ixtisarını və əsas təhlükəsizlik təminatlarından imtinanı nəzərdə tutur.

NOCOMMENT.az xəbər verir ki, Prezident Volodimir Zelenski bu vəziyyəti ölkə üçün ən ağır dönəmlərdən biri adlandırıb və bildirib ki, təklif olunan plan azadlıq və ləyaqətdən imtina deməkdir, buna görə də o, bu variantla razılaşa bilməz.

Bu arada, Vaşinqtonun təzyiqləri fonunda Avropada skeptisizm artır – Avropa liderləri planı “kapitulyasiya sənədi” adlandırır, Ukraynalı siyasətçilər isə onu “absurd” hesab edirlər.

Məlumatlara görə, gələn həftənin sonunda Moskvaya bir qrup ABŞ generalı səfər edəcək. Məqsəd isə sülh planının müzakirəsidir.

Bu səfər Tramp administrasiyasının diplomatik təzyiqinin miqyasını və misilsiz xarakterini göstərir.