Ukrayna və ABŞ nümayəndələri yaxın günlərdə İsveçrədə gələcək sülh müqaviləsinin mümkün parametrləri ilə bağlı məsləhətləşmələrə başlayacaqlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.
Onun sözlərinə görə, danışıqlar son günlərdə davam edən və münaqişənin həlli istiqamətində gələcək addımlar üçün ortaq bir vizyon üzərində razılığa gəlməyə yönələn dialoqun növbəti mərhələsidir.
“Ukrayna və Amerika rəsmiləri arasında gələcək sülh müqaviləsinin mümkün parametrləri ilə bağlı məsləhətləşmələr yaxın günlərdə İsveçrədə başlayacaq”, – Umerov Teleqram-da yazıb.












