Rusiya Müdafiə Nazirliyi Ukraynanın Zaporojye vilayətinə qarşı həyata keçirilən son hərbi əməliyyatla bağlı məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, Rusiya Silahlı Qüvvələrinə məxsus "Geran" tipli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Zaporojye ərazisindəki strateji yanacaq mərkəzinə zərbələr endirilib.
Rəsmi məlumatda bildirilir ki, hücum nəticəsində hərbi təyinatlı yanacaq-sürtkü materiallarının saxlandığı obyektə ciddi ziyan dəyib. Ukrayna tərəfi isə hələlik sözügedən məlumatla bağlı rəsmi açıqlama verməyib.
Əli Səfərli,
NOCOMMENT.az











