“Ukrayna nə davam edə, nə də münaqişəyə son qoya bilər”.
NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili deyib.
O bildirib ki, Ukrayna son dərəcə çətin vəziyyətdədir:
“Ukrayna hakimiyyəti ciddi çətinliklə üz-üzədir. Artıq hərbi əməliyyatların davam etdirilməsi və ya ona son qoyulması eyni dərəcədə çətindir. Hətta Zelenski özü də ölkənin çətin vəiyyətlə üzləşdiyini etiraf edib”, – Papuaşvili vurğulayıb.












