Zəncirvari qəzada 11 nəfər xəsarət aldı

Zəncirvari qəzada 11 nəfər xəsarət aldı

Türkiyənin Hatay şəhərində 11 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.

NOCOMMENT.az xəbər verir ki, buz bağlamış yolda 4 yük maşını, 3 avtomobil, jip, pikap, furgon və mikroavtobus bir-birinə çırpılıb.

Qəzada 11 nəfər xəsarət alıb.

Hadisədə xəsarət alan 11 nəfər təcili yardım avtomobilləri ilə Belen Dövlət Xəstəxanasına çatdırılıb.

Aliyə