Edqar Kazaryan: Ermənistan ordusunun itkiləri təxminən 4 milyard dollardırbackend

Edqar Kazaryan: Ermənistan ordusunun itkiləri təxminən 4 milyard dollardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın yürütdüyü siyasət nəticəsində ordunun maddi itkiləri təxminən 4 milyard dollar təşkil edib”.

NOCOMMENT yenisabah-a istinadla xəbər verir ki, bunu sentyabrın 15-də jurnalistlərlə görüşündə Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, ekspert Edqar Kazaryan bildirib.

Onun sözlərinə görə, orta təbəqə zabitləri arasında itkilər ümumi sayın təxminən 25%-ni təşkil edir.

“Heç kim buna görə məsuliyyət daşımır. Üstəlik, insanlar hökumət başçısının hərəkətlərinə haqq qazandırırlar. Heç kim ondan heç nə tələb etmir”, – deyə Kazaryan şikayətlənib və açıq şəkildə əhalinin hakimiyyəti dəstəkləyən hissəsinə işarə edib.