ERMƏNİ FAŞİZMİ ÇÖKDÜ:  200 illik səlib yürüşünə SONbackend

ERMƏNİ FAŞİZMİ ÇÖKDÜ: 200 illik səlib yürüşünə SON 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1918-ci ilin mart ayı Azərbaycanın tarixində bir çox qanlı hadisələri ilə yaddaşımıza köçmüşdür. Qədim Şamaxı şəhəri də bu faciələri yaşamışdır. Erməni silahlıları 103 il əvvəl mədəniyyət tariximizin beşiyi olan Şamaxını sübh tezdən mühasirəyə alaraq rus toplarının, pulemyotlarının aramsız atəşi altında saxlamışdır.

Erməni vandalizminin Azərbaycanın 200 illik tarixində saysız-hesabsız vəhşiliklərinə dair onlarla misal gətirə bilərik. Milli yaddaşımıza silinməz və ağrılı izləri ilə daxil olan 1918-ci il erməni baş kəsənlərinin Azərbaycan türklərinə qarşı törətdikləri vəhşilikləri sübut edən təkzibedilməz qanlı hadisələri ilə unudulmazdır.

Təkcə 1918 deyil, tarixi rəqəmlərə və arxiv materillarına görə son iki əsrdə Azərbaycan türklərini Rusiyanın yaxından dəstəyi ilə erməni faşizminin kütləvi qırğınlara məruz qoyması nəticəsində təxminən bir milyona yaxın soydaşımız qətlə yetirilmiş, neçə-neçə yaşayış ərazilərimiz viran edilmişdir. Buraya Qərbi Azərbaycan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan və digər tarixi yerlərimizdə baş verən itkilərimizi əlavə edəriksə, soyqırım nəticəsində öldürülən soydaşlarımızın sayı az əvvəl qeyd etdiyim arxiv rəqəmini üstələməsi şübhəsizdir.

Erməni genosidinin sonuncu müsibəti 20 gün əvvəl 1992-ci il fevral ayının 26-da Xocalıda baş vermişdir. Düşmən həmin gün 613 azərbaycanlı bacı-qardaşımızı xüsusi amansızlıqla öldürmüş, yüzlərlə günahsız insanı şikəst etmişdir. Bircə faktla erməni vəhşiliyinin necə alçaq, qaniçən keyfiyyətə malik bir millət olduğunu yəqinliklə söyləyə bilərik.

Hamilə qadının qarnını xəncərlə yarıb 7 aylıq uşağı ana bətnindən çıxararkən körpənin oğlan olduğunu görcək erməni donuzu əlindəki xəncərlə uşağın başını bədənindən ayırır. İnsan ağlına yerləşməsi çətin olan, müqayisəsi yalnız sümsük qamışlıq itlərinin vəhşiliyi ilə aparılan bu ağlagəlməz cinayət hadisəsini inanmıram ki, hansısa bir millət misli-bərabəri olmayan belə qəddar insan qatili yetişdirsin.

Adı artıq dünyada faşizmi ilə yanaşı çəkilən, insanlıqdan kənar duran erməni ancaq bu sadizmi edə bilər. Bu millət zatən vəhşi hiss və duyğuların gerçək daşıyıcısıdır. Əgər onun qabaqda gedəni, özünü millətinin axmaq düşüncə tərzinə ziyalı kimi soxuşduran, 10-12 yaşlarında körpə qız uşağını ağaca sarıtlayıb sübh tezdən dərisini soyaraq qanını içən Zori Balayan kimi heyvani xislət sahibidirsə, bu millətdən yalnız pislik, kin və küdurət, baş kəsmək kimi qeyri- insani hərəkətlər gözləyə bilərik.

Zori Balayan Erməni Terrorizmi
Zori Balayan Erməni Terrorizmi

Nijdeh adında insan qatili 1918-ci ilin mart ayında yarası hələ də qaysaq bağlamayan Zəngəzurda yaşayış ərazilərimizi odlayaraq saysız-hesabsız Azərbaycan türkünün ölümünə səbəb olmuşdur. Bunlar kişiyə məxsus savaş aparmağı da bacarmırlar. Qarakilsənin (Sisyan) Şəki kəndində Nijdeh silahlı dəstəsi ilə bütün kənd əhalisini fermaya doldurub ot tayalarını da tövlənin üstünə yığaraq nöyütü tökür və odu vururlar.

Həmin ayda Bakının özündə Stepan Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı əməlli-başlı soyqırım həyata keçirilmiş, minlələ soydaşlarımız qətlə yetirilmişdir. Bunların cavabı hələlik tam verilməyib. Yenə türk qardaşlarımız!!! İslam türk ordusu olmasaydı, ruslar Bakını, ümumiyyətlə bütövlükdə Azərbaycanı ermənilərə təslim edəcəkdilər. Strateji plan belə idi. Türk ordusu necə bu gün Qarabağda erməni faşizminin işğal siyasətini alt-üst edərək Azərbaycana hər cür dəstəyi göstərdi, eləcə də əsrin əvvəllərində Bakının, Şamaxının, Gəncənin və digər qədim yurd yerlərimizin ilhaqına imkan vermədi.

Söhbət Şamaxıdan düşmüşkən, yuxarıda qeyd etdiyimiz kim, bu gün erməni silahlı dəstələrinin Şamaxıya səhər üzü qəfil hücumunun 103-cü ili tamam olur. 1918-ci il mart ayının 18-də ermənilər top və pulemyotlar vasitəsi ilə Şamaxını saatlarla atəş altında saxlayır. Köməksiz qalan Şamaxı düşmənin həmləsinə dözə bilməyib müvəqqəti təslim olur. Düşmən Şamaxıya daxil olan kimi azərbaycanlıları dəhşətli amansızlıqla-qollarını, ayaqlarını, başlarını kəsərək, gözlərini çıxararaq öldürürdülər.

Ermənilər 53 kəndi talayır, Şamaxının o vaxt varlılar məhəlləsi kimi tanınan “Piran- Şirvan” məhəlləsini o başından tutmuş bu başınadək taladıqdan sonra odu vurub bütün məhəlləni yandırırlar. Tarixi arxivlərin məlumatına görə həmin gün düşmən 13 məscidi yerlə-yeksan etmişdir. 8027-dən çox müsəlmanı qətlə yetirmişdir. Öldürülənlər arasında 1300 yaxın uşağın olduğu bildirilir. Düşmənin niyyəti sonadək baş tutmur. Qəhrəman türk əsgəri Şamaxıda da onun burnunu əzir və erməni böyük itki verərək Şamaxıdan çıxır.

Nəhayət, erməni faşizmini 2020- ci ildə 44 günlük müharibədə biabırçı şəkildə məğlub edən tarixi Zəfər qələbəmiz öz möhtəşəmliyinə görə unudulmazdır. 200 illik tarixdə ilk dəfədir ki, Ali Baş Komandanımızın, Ordumuzun və xalqımızın birliyi əsasında biz erməni faşizmi üzərində qələbəmizin xoşbəxtliyini yaşadıq…

Eldar Sabiroğlu
keçmiş millət vəkili və ehtiyatda olan polkovnik

NOCOMMENT.az