Ermənistan hərbçiləri Şuşanı tərk edərək… – “Le Monde”dən XOŞ XƏBƏRbackend

Ermənistan hərbçiləri Şuşanı tərk edərək… – “Le Monde”dən XOŞ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbiçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçıblar.

“Le Monde” üçün Dağlıq Qarabağdan birbaşa fransız jurnalist yazır:

– Azərbaycan gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Orada döyüşlər onların xeyrinə davam edir.
– Şuşanın müdafiəçiləri paramparçadır. Hərbi təcili tibb maşınlarının arxasında üst-üstə yığılıblar, Xankəndiyə onlarla qanlar içində, son nəfəslərində olan yaralı əsgərlər gəlirlər.
– Digər erməni əsgərləri dağdan dəhşət və qorxu içərisində üzüaşağı düşürlər…Bir də döyüşə yenidən atılacaqları naməlumdur.
– Yolboyu snayper və artileriya atəşləri altında erməni əsgərlərin tələm-tələsik tərk etdikləri əsgər əşyaları gözə dəyir.

Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir.

“Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da bütünlüklə Azərbaycan silahlı Qüvvələrinin xeyrinə dönüb”, – “Le Monde” yazır.


Publika.az