33 yaşlı kişinin başına daş düşdü

33 yaşlı kişinin başına daş düşdü

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən qızıl mədənlərindən birində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü C. Məhərrəmov işlədiyi mədəndə ehtiyatsızlıq nəticəsində başına daş parçasının düşməsi səbəbilə xəsarət alıb. O, kəllə-beyin travması və baş nahiyəsinin yaralanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Hazırda 33 yaşlı kişinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. /Unikal/