36 yaşlı kişi dəm qazından boğularaq həyatını itirdi

36 yaşlı kişi dəm qazından boğularaq həyatını itirdi

Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğulub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Vahabov Əbülfəz Bayraməli oğlu yaşadığı fərdi evdə dəm qazından boğularaq ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.