5 ölü, 6 yaralı - Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ yayıldı - ANBAAN VİDEO

5 ölü, 6 yaralı - Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ yayıldı - ANBAAN VİDEO

Türkiyənin Giresun şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, Karadeniz Sahil Yolunun liman ərazisində TIR ilə iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Məlumata görə, 55 K 4065 nömrəli TIR, 34 PMS 61 və 34 PNK 09 nömrəli avtomobillərlə toqquşub. Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürən briqadalar cəlb olunub.

Qəza zamanı avtomobildə olan Ali Y., Melek Y., 7 yaşlı Hamza Y., 7 yaşlı Hasan Y. və 15 yaşlı Sadem Yağmur Y. həyatını itirib. Yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb.

Bildirilir ki, hadisə təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb. Faktla bağlı araşdırma başlanıb.