54 yaşlı kişi dəm qazından boğuldu

54 yaşlı kişi dəm qazından boğuldu

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Əhmədov Rasim Mirəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.