Türkiyə səhnəsinin super ulduzu Ajda Pekkanın konsert öncəsi hazırlıq anlarını əks etdirən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
NOCOMMENT.az xəbər verir ki, səhnəyə çıxmazdan əvvəl kulisdə lentə alınan kadrlarda sənətçinin hazırlıq prosesi və enerjili əhval-ruhiyyəsi izləyicilərin diqqətindən yayınmayıb. 80 yaşında olmasına baxmayaraq, fit görünüşü və gənc görünən imici ilə seçilən Ajda Pekkan yenidən gündəmə gəlib.
Paylaşılan görüntülər qısa zamanda sosial mediada geniş yayılaraq çoxsaylı baxış və şərhlər toplayıb. İzləyicilər sənətçinin illərə meydan oxuyan görünüşünü və peşəkarlığını yüksək qiymətləndiriblər.











