Fransa Prezidenti Emmanuel Makron Almaniyaya Amerika istehsalı olan "Patriot" zenit-raket komplekslərinə alternativ kimi Avropa istehsalı olan SAMP/T NG komplekslərinin birgə istehsalını təklif edib.
NOCOMMENT.az xəbər verir ki, SAMP/T NG hazırda yeni "Aster 30 B1 NT" raketləri sayəsində ballistik raketləri məhv etmək qabiliyyətinə malik yeganə Avropa hava hücumundan müdafiə sistemidir.
Hazırda Almaniya hava hücumundan müdafiə üçün ABŞ-nin "Patriot" (PAC-3 MSE raketləri ilə) komplekslərinə güvənir. Lakin bu sistemlərin tədarük müddətinin uzun olması və istehsalın yalnız ABŞ və Yaponiyada cəmləşməsi Berlinin Vaşinqtondan asılılığını artırır. Fransanın bu təşəbbüsü Avropanın hərbi-texnoloji müstəqilliyini gücləndirməyi hədəfləyir.
Bundan əlavə, Fransa, Almaniya və Böyük Britaniya yüksək dəqiqlikli zərbə imkanları sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Gündəmdəki əsas layihələrdən biri "ArianeGroup" şirkəti tərəfindən 2500 km mənzilli ballistik raketin hazırlanmasıdır.
Sara,
NOCOMMENT.az











