ABŞ-ın San-Fransisko şəhərində azərbaycanlı gənc vəfat edib.
NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Hüseynov xəstəxanada dünyasını dəyişib.
Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.











