Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 1997-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Hüseynəliyev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.