04.12.2025-ci il tarixində saat 00:00 radələrində 1 nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu məlumat Ağdaşda baş verən bıçaqlanma hadisəsi ilə bağlı TƏBİB-dən NOCOMMENT.az -ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, 2003-cü il təvəllüdlü şəxsə qarının ön divarının və budun çoxsaylı kəsilmiş, deşilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
***09:33
Ağdaşda bıçaqlanma hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə dekabrın 3-də saat 23 radələrində Ağdaş şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 30 yaşlı Arzu Səfərli ( kişi) 24 yaşlı Nicat Qafarova bıçaqla xəsarət yetirib və daha sonra hadisə yerindən uzaqlaşıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
NOCOMMENT.AZ












