Baş vermiş qəzada yaralananların vəziyyəti ilə bağlı açıqlama verilib.
NOCOMMENT.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 10.05.2026-cı il tarixində saat 10:00 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1983-cü il təvəllüdlü şəxsə müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş iymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
*****
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 3 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.
Ölən şəxslərin hərbçi olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)












