Azəri qızı Günelin bu görüntüləri ilk dəfə yayıldı - VİDEO

Azəri qızı Günelin bu görüntüləri ilk dəfə yayıldı - VİDEO

Tanınmış müğənni Günel Zeynalova (Azəri qızı Günel) izləyicilərini kövrəldən paylaşımı ilə gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, sənətçi əmisi Mahir Hüseynbəylinin tar və ya musiqi müşayiəti ilə illər əvvəl səsləndirdiyi məşhur "Şuşanın dağları" mahnısını yenidən nümayiş etdirib. O, həmin nostalji kadrları özünün rəsmi sosial media səhifəsində izləyicilərilə bölüşüb.

İfaçı paylaşımında qürur dolu təsirli fikirlərini də qeyd edib:

"Mahir əmimin müşayiəti ilə "Şuşanın dağları"nı oxumağımdan illər sonra, 2026-cı il... Necədir? Şuşamın dağları əvvəllər xəyallarımızda idi, amma artıq həyatımızdadır, ayaq basdığımız torpaqlarımızdır, çox şükür. Allah şəhidlərimizə rəhmət eləsin."

Məşhur simanın bu həssas və vətənpərvər paylaşımı qısa zaman ərzində sosial şəbəkə istifadəçilərinin böyük rəğbətini qazanıb. Qısa müddət ərzində minlərlə bəyənmə alan kadrlara sevgi dolu təriflər və minnətdarlıq şərhləri yazılıb.