Azərbaycanlı keçmiş diaspor lideri öldü

Azərbaycanlı keçmiş diaspor lideri öldü

Rusiyanın Kurqan şəhərində Trans-Ural azərbaycanlılarının tanınmış ictimai xadimi, Trans-Ural azərbaycanlıları Birliyinin keçmiş sədri Ərşad Cuvarlinski 70 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, Ərşad Cuvarlinski uzun sürən xəstəlikdən sonra iyunun 20-də dünyasını dəyişib.

Vida mərasiminin nə vaxt və harada keçiriləcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, o, 2003–2007-ci illərdə "Araz" Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edib. Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri vəzifəsini icra edib.

Mərhum həmçinin 2002–2024-cü illər ərzində, ümumilikdə 22 il Trans-Uraldakı Azərbaycan diasporuna rəhbərlik edib./lent.az