Yekaterinburqda Azərbaycan diasporunun sabiq rəhbəri Vidadi Mustafayevin məhkəməsi başlayıb

Yekaterinburqda Azərbaycan diasporunun sabiq rəhbəri Vidadi Mustafayevin məhkəməsi başlayıb

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun keçmiş sədri Vidadi Mustafayevə qarşı məhkəmə prosesinə start verilib. O, bir neçə dələduzluq halında təqsirləndirilir.

NOCOMMENT.az xəbər verir ki, Zərərçəkmiş şəxslərin sözlərinə görə, onlar öz çətinliklərinin həlli üçün sabiq sədrə külli miqdarda vəsait veriblər. Bildirilir ki, V.Mustafayev pulları alsa da, onlara heç bir köməklik göstərməyib. Özü isə irəli sürülən ittihamları qətiyyətlə rədd edir.

Qeyd edək ki, Vidadi Mustafayev 2025-ci ilin dekabr ayında "İset" qülləsinin birinci mərtəbəsində saxlanılıb. Buna səbəb Novruz Sadatovun ondan şikayət etməsi olub. Şikayətçi pulunun və "Porsche" markalı avtomobilinin mənimsənildiyini (ümumi ziyan - 16 milyon rubl) bildirib. Həmin vaxtdan bəri V.Mustafayev həbsdə saxlanılır.

Bazar ertəsi, iyunun 22-də keçirilən məhkəmə iclasında ittiham aktı oxunub və Novruz Sadatov dindirilib. Cinayət işi üzrə digər zərərçəkənlər kimi Boyliyev və Pankratovun adları keçir. İstintaqın məlumatına əsasən, sabiq sədr aldatma yolu ilə birincidən 700 000 rubl, ikincidən isə 5 milyon rubldan çox vəsait ələ keçirib.

"Bu vəsaitlər zərərçəkmişlərin qarşılaşdığı problemlərin həllinə yönəldilməli idi. Mustafayev onlara hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında əlaqələrinin olduğunu deyib. Amma reallıqda belə bir şey yox idi. O, pulları alaraq şəxsi məqsədləri üçün xərcləyib", - deyə hüquq-mühafizə orqanlarına yaxın mənbə bildirib./Oxu./