"Qarabağ"dan ayrıldı, Portuqaliya klubuna keçdi

"Qarabağ"dan ayrıldı, Portuqaliya klubuna keçdi

"Qarabağ”dan ayrılan Fabian Buntiçin yeni klubu müəyyənləşib.

NOCOMMENT.az xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi "Farense”yə transfer olunub. Bu barədə klub məlumat yayıb.

"Farense” yeni transferini azarkeşlərə təqdim edərək, "Xoş gəldin, Buntiç!” mesajını paylaşıb.

Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın "İnqolştadt” klubundan "Qarabağ”a transfer olunmuşdu.