Xankəndidə kafedə insident olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Kafe 014” adlı obyektdə qeydə alınıb.
Tərtib olunan protokola əsasən 28 yaşlı Faiq Baxışov və 23 yaşlı Tacir Quliyev (ad və soyadlar şərti) gecə saat 1 radələrində həmin kafedə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı onlar sərxoş olduqları üçün nalayiq ifadələr işlədiblər və dostlardan biri bəzi əşyaları sındırıb.
Ərazidə xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşıb irad bildirsələr də, Tacir qanuni tələbə məhəl qoymayıb. Nəticədə hər iksii saxlanılaraq şöbəyə aparılıblar.
Burada onların barəsində müvafiq maddələrlə protokollar tətbiq olunub.
Məhkəmənin qərarı ilə Faiq 8, Tacir isə 9 gün müddətinə inzibati qaydada həbs olunublar.\\lent.az











