Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.












