Bakıda daha bir QƏZA: iki avtomobil toqquşdu – FOTO

Bakıda daha bir QƏZA: iki avtomobil toqquşdu – FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, Neftçilər metrosu istiqamətində yerləşən Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Qəza zamanı 99-DT-484 dövlət nömrə nişanlı “Kia” markalı avtomobil ilə digər minik avtomobili toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.