Bakıda kanalizasiya xəttinin keçdiyi ərazidə torpaq qatı çökdü – VİDEO

Bakıda kanalizasiya xəttinin keçdiyi ərazidə torpaq qatı çökdü – VİDEO

Bakı şəhəri, Sabunçu rayonu ərazisində kanalizasiya xəttinin keçdiyi hissədə torpaq qatı çöküb.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a vətəndaşlar məlumat veriblər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən saytımıza bildirilib ki, baş verən qəza aradan qaldırılıb:

“Ərazidəki tullantı su xəttində qəza baş verib. Əraziyə briqada cəlb edilib. Tullantı su xəttindəki çökmə aradan qaldırılaraq bərpa edilib”.