Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, gecə saatlarından etibarən bölgədə müşahidə olunan güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi yüksəlib, bəzi ərazilərdən qısamüddətli sel keçib. Sel suları bir sıra yaşayış məntəqələrində həyətyanı sahələrə və əkin sahələrinə dolaraq sakinlər üçün çətinlik yaradıb.
Məlumata görə, xüsusilə dağlıq ərazilərdən axan çaylarda sululuğun artması təhlükəli vəziyyət yaradıb. Aidiyyəti qurumlar ərazilərdə monitorinqlər aparır, yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Hazırda Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti davam edir. Sakinlərə zəruri ehtiyat tədbirlərinə əməl etmələri, xüsusilə çaylara yaxın ərazilərdə diqqətli olmaları tövsiyə olunur.
Turan
NOCOMMENT.az











