23.10.2025-ci il tarixində saat 03:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən NOCOMMENT.az -a verilən xəbərdə bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2007-ci il təvəllüldü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Digər 4 şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.
***10:15
Cəlilabadda maşın aşıb.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saat 4 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Nissan X-Trail” markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb.
Məlumata görə, nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.
İlkin məlumata görə, avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar.
Hazırda xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.












