Cəlilabadda “KİA” aşdı: xəsarət alanların son durumu açıqlandı

Cəlilabadda “KİA” aşdı: xəsarət alanların son durumu açıqlandı

10.11.2025-ci il tarixində saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumatdə bildirilib

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda hər 3 şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***17:28

Cəlilabadda baş verən qəzada 3 nəfər xəsarət alıb.

NOCOMMENT.az -ın Cənub bürosunun bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara avtomobil yolunun 87-ci km-də qeydə alınıb.

Hərəkətdə olan “Kia” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.