Dəhşətli qəzada ölənlərin adları açıqlandı – Video

Dəhşətli qəzada ölənlərin adları açıqlandı – Video

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi “Mersedes” markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən Səbiyə Kazımova və Kəmalə Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.