Dəm qazından zəhərlənən 27 yaşlı qız HƏYATINI İTİRDİ

Dəm qazından zəhərlənən 27 yaşlı qız HƏYATINI İTİRDİ

Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə martın 12-si saat 16 radələrində rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Esmira Gülləddin qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən E.Məmmədova martın 13-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.//“Qafqazinfo”