Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrindən birində bədbəxt hadisə qeydə alınıb. Qobustan rayonundan hərbi xidmətə çağırılmış ali təhsilli hərbi qulluqçu dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, söhbət ali təhsilli əsgər Cəbrayılov Ramindən gedir. Məlumata görə, onun xidmət müddətinin başa çatmasına və evə buraxılmasına cəmi bir ay qalmışdı.
Hadisənin dünən baş verdiyi bildirilir. Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb. O, ötən gün səhər saatlarında xəstəxanada vəfat edib.
Hərbçinin ölüm səbəbi hələlik məlum deyil. Araşdırmalar aparılır.
Sara,
NOCOMMENT.az













